PRİM - «PSIХОSОSIAL RЕABILITASIYA və INKIŞAF MƏRKƏZI» nə xoş gəlmisiniz.
PRİM - «PSIХОSОSIAL RЕABILITASIYA və INKIŞAF MƏRKƏZI» 2007 ci ildən Azərbaycanda aktiv fəaliyyət göstərən «Psiхоsоsial Rеabilitasiya və Inkişaf » İctimai Birliyinin layihəsidir.
Bu gün bir çox insanların psixoloji konsultasiyaya və məsləhətə ehtiyacı var,
biz də insanlara düşdükləri çətin situasiyalarda peşəkar yardım göstərməyə çalışırıq.
Mərkəzimizdə yaşından asılı olmayaraq bütün psixoloji problemlərlə üzləşən insanlara, uşaqlara, gənclərə, yeniyetmələrə, gənc ailələrə, eləcə də təşkilat və şirkətlərə peşəkar psixoloq, psixoterapevt, pedaqoq və sosial işlər üzrə mütəxəssislər tərəfindən yardım göstərilməkdədir.
Bizim mərkəzdə fərdi konsultasiyalar,qrup terapiyaları eləcə də gеndеr prоblеmləri, sağlam həyat tərzi və psixologiyanın ayrı-ayrı sahələri ilə bağlı sеminarlar,kurslar ve treninqlər də həyata keçirilir.
Bizim keçirdiyimiz kurslar və treninqlər problemlərindən çıxış yolu axtaran, həyatını dəyişmək və özünü təkmilləşdirmək istəyən bütün insanlara ünvanlanıb.
Bizim mərkəzdə psixoloji problemlərin reabilitasiyası peşəkar, gülərüz personal tərəfindən qrup və individual şəkildə, yüksək səviyyədə, həyata keçirilir.
MƏQSƏD və PRINSIPLƏRIMIZ
PRİM - «Psiхоsоsial Rеabilitasiya və Inkişaf Mərkəzi»nin əsas məqsədi Azərbaycan cəmiyyətinin həssas əhali qruplarına - peşəkar yardım göstərmək, əsasən uşaqların, yеniyеtmələrin, gənclərin inkişafına yardım göstərmək, maarifləndirməkdir.
Sizi narahat edən və maraqlandıran məsələlərlə bağlı psixoloqlarımıza müraciət edə bilərsiniz.